Melvin Belli

Melvin Muron Belli (1907–1996) - məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır

MELVİN BELLİ
Melvin Muron Belli
Melvin Belli (sağ) ilə David Vudord
Melvin Belli (sağ) ilə David Vudord
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Vətəndaşlığı
Fəaliyyəti aktyor, vəkil, televiziya aktyoru

Həyatı[redaktə | mənbəni redaktə et]

Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub.

Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik".

Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Vest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.