Melvud

Melvud Liverpul şəhərinin şimal bölgəsində yerləşən "Liverpul" klubunun təlim-məşq bazasıdır.[1] Bura, Kerbi şəhərində yerləşən futbol akademiyasına daxil deyil.[2][3]

Ərazi əvvəllər St Frankis Xavier adlanan yerli məktəbə məxsus idi. Ərazi məktəbin oyun meydançası kimi istifadə edilirdi və məktəbdə dərs deyən Ata Mellinq və Ata Vudlok, saatlarını buradakı gənc oğlanlara futbol oynamağı öyrətməklə keçirirdi. Bu iki şəxsin adını xatirə olaraq yaşatmaq üçün onların hər ikisinin soyadlarının ilk hecalarından bazanın adlandırılmasında istifadə edilmişdir.

Melvud 1959-cu ildə çox acınacaqlı vəziyyətdə idi və Uilyam Bil Şenkli tərəfindən üstün sayılan təlim-məşq bazalarından birinə çevrilmişdir. O, öz oyun filosofiyası olan "pas ver və tərpən, bu qədər sadə" kimi bilinən üslubunu məhz burada təqdim etmişdir. Oyunçular Enfilddə görüşürdülər və avtobus onları buradan Melvuda gətirirdi. Buradakı məşqdən sonra futbolçular yenidən avtobusla Enfildə qayıdır və burada duş qəbul edəndən sonra yüngül nahar edirdilər. Beləcə Uilyam Bil Şenkli futbolçularının isinmə prosesini düzgün formada idarə edirdi və bu üsulla onları zədələrdən uzaq tuturdu. Əslində 1965–66 mövsümündə "Liverpul" çempionatı qalib kimi vurarkən klub yalnız 14 futbolçudan istifadə etmişdir.[4]

2001-ci ilin yanvarında "Liverpul" Millenium Pavilyonunda məşq etməyə başladı. Orada həmçinin tamaşaçılar üçün kiçik ərazi fəaliyyət göstərirdi. Məşq səhər saat 09:00-da oyunçuların bazaya gəlişi ilə başlayırdı.

  1. "LIVERWEB - Melwood Training Ground". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-10.
  2. "Liverpool Street Names". 2009-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-10.
  3. [1] Arxivləşdirilib yanvar 10, 2006, at the Wayback Machine
  4. [2] Arxivləşdirilib iyun 12, 2006, at the Wayback Machine