Memlinq gölü

Memlinq gölü — Bu qədim nişan perimetri boyunca qarmaqları olan pilləli medalyon-göldür.

Xalça
Memlinq gölü
Xalça haqqında məlumatlar
Digər adı Memlinq gölü
Ölkə Azərbaycan

Belə təsvirlərin ilkin örnəkləri Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid edilən çeşidli saxsı məmulatı üzərində təsadüf edilir. Alimlərin fikrincə nişan bolluq, bərəkət, artım və çoxalma kimi anlayışlar əks etdirirdi. Zaman keçdikcə həmin element sənət əsərləri üzərində təkrarlanaraq getdikcə öz esatiri məzmununu itirmiş və sadəcə ornamental formaya çevrilmişdir. Lakin bu heç də onun xalça üzərindeki müxtəlifliyinə təsir göstərməmiş əksinə xalça sənətimizin ən populyar naxışlar sırasına çıxarmışdır. Azərbaycan xalçalarının keyfiyyəti və bədii özəllikləri onların təkcə ölkə daxilində deyil, eyni zamanda məmləkətimizdən çox-çox uzaqlarda məşhurlaşmasının başlıca səbəbi idi. Xarici ölkələrdə, ilk növbədə orta əsr Avropasında Azərbaycan xalçaları yüksək zövqün, var-dövlət sahibliyinin bir əlameti olaraq, eyni zamanda hansısa sirli, ecazkar bir aləmin simvolları sayılırdı. Məhz bu görkəmde onlar Avropa İntibah dövrù incəsənətində, o dönəmdə yaşamış rəssamların əsərlərində təzahür edirdi. Belələrindən birisi XV əsr görkəmli flamand rəssamı Hans Memlinq olmuşdur. Qarmaqlı medalyon onun tablolarında dəfələrlə əks etdirildiyindən elmi ədəbiyyatda ona şərti olaraq "Memling gölü" adı verilmişdir. Göl sözünə gəldikdə isə alimlərin fikrincə bu heç da məlum su hövzəsi anlayışını bildirmir. Bu göl, nəsil, soy sözünün təhrif olunmuş formasıdır. Beləliklə də hər hansı gol-göl təsviri ilkin zamanlarda qəbilə və ya nəslin rəmzi, onun nişanı mənasını daşıyırdı. Belə göllərin daxili məkanında soyun, qəbilənin damğası yerləşdirilirdi. Ola bilsin ki, məhz həmin səbəbdən də bu çesnili xalçalar ayrı-ayrı soyların tarix boyu miqrasiyasi ilə əlaqədar olaraq Azərbaycanın çeşidli xalçaçılıq mərkəzlərində toxunulurdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Muzeyin rəsmi saytı Arxivləşdirilib 2016-12-14 at the Wayback Machine
  • Muzey qalereyası Arxivləşdirilib 2008-10-04 at the Wayback Machine
  • "Muzeyin təsis edilməsi". icomaz.az. İstifadə tarixi: 03.02.2021.
  • "Milli Xalça Muzeyində "Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri" adlı konfransın açılışı olub". www.mct.gov.az. İstifadə tarixi: 03.02..2021.