Memorandum

Memorandum - diplomatik yazışma formalarından biri (əhəmiyyətinə görə notadan sonradır). Barəsində danışıqların aparıldığı məsələnin faktik və ya hüquqi tərəfinin təsviri formasında tərtib olunur və əksər hallarda notanın müddəalarını əsaslandırmaq və inkişaf etdirmək məqsədi ilə ona əlavə edilir.