Memorial Soyqırım Muzeyi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə[1].

Memorial Soyqırım Muzeyi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda
Memorial Soyqırım Muzeyi
Əsası qoyulub 24 fevral 2014
Açılış tarixi 2014
Yerləşir Azərbaycan, Bakı
Bilet Pulsuzdur.

24 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur[2]. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir.

Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub[1]. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi"ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar[3].

  1. 1 2 "Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi açılıb". 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.
  2. "Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyi açılmışdır". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.
  3. ""Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimatı". 2016-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.