Mengi Oorjak və ya Meñgi Nagaan-ool Oorjak (8 yanvar 1975, Tıva) — Baytayqa bölgəsində yerləşən Baytalda anadan olmuşdur. Tuvalı şair, mənzum əsərlər ustasıdır. Tıva Respublikasının Turan şəhərinin 2 saylı məktəbində Tıva dili və ədəbiyyatı müəllimidir. O, eyni zamanda Tuva Respublikası və Rusiya Federasiyasının Yazıçılar Birliyinin üzvüdür.[2]
Mengi Oorjak | |
---|---|
Меңги Нагаан-оол Ооржак | |
Doğum tarixi | |
Doğum yeri | Tıva Respublikası[1] |
Fəaliyyəti | yazıçı, şair |
Mengi Oorjak 8 yanvar 1975-ci ildə Baytayqa kojunda Baytal beldesində anadan olmuşdur. 1999-cu ildə Tuva Dövlət Univesitetindən məzun olmuşdur. 1992-1993-cü illərdə "Sоdeystviye-Detkimçe" adlı qəzetin müxbiri, 1993-1996-cı illərdə "Tuva Respublikası" adlı qəzetin müxbirliyini, 1999-2000-ci illərdə Biy-Hem bölgəsinin Uyuk beldesinin orta təhsil müəssisələrinə Tuva dili və ədəbiyyatı müəllimliyinə təyin edilmişdir. İndi isə 2000-ci ildən bəri Turanın 2 saylı məktəbində Tuva dili və ədəbiyyatı müəllimi olaraq işləyir.[3]
Yazıçılığa 1990-cı illərin sonlarından başlamışdır. 1999-cu ildə özünün şerlər kitabı olan "Çöpşül den" adında kitabı yayımlanmışdır. Onun yazdığı şerləri, məqalələri, ədəbi əsərləri ölkənin bir çox ölkənin qəzetində nəşr edilmişdir. 2008-ci ildə "Mengi" adlı kitabı nəşr edilmişdir. Biyhem kojununda 2005-ci ildə "Erester" adlı təhsil qəzetinin əsasını qoymuş və redaktorluğunu etmişdir.[4]