Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.(iyul 2024)
Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s.
XX əsrin əvvəllərindən meninqokokk infeksiyası bütün qitələrdə qeyd olunur və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə (2007-ci il) inkişaf etmiş ölkələrdə hər 100 000 əhaliyə 5–10 hadisə baş verir, inkişaf etməkdə olan ölkələrdə isə meningit nəzərə çarpan dərəcədə çox təsadüf olunur. XX əsrin 50–70-ci illərində ən yüksək xəstələnmə göstəriciləri Afrika ölkələrində qeydə alınırdı və bu region "meningit zonası", yaxud "meningit qurşağı" adlanırdı. 70–80-ci illərdə dünyanın 40 ölkəsində, o cümlədən Sovet İttifaqında da bu xəstəliyə rast gəlinirdi.
Aşağıdakı əlamətlər qeyd edilərsə, o zaman meningitin olması ehtimalı artır:
Ekzantema – 5–15 saat sonra, bəzən xəstəliyin 2-ci günü meydana çıxır. Səpgilər qeyri-düzgün formalı, əl ilə yoxladıqda bərk olur, dəri səthindən qalxır. Hemorragik, qızılcayabənzər, rozeolyoz, papulyoz və petexial ola bilər. Ətraflarda, bədəndə, sağrı nahiyəsində, az hallarda üzdə aşkar olunur.
"Meyit ləkələri" (livors mortalis) – bədənin vəziyyəti dəyişən zaman dəri üzərində yerini dəyişən tünd qırmızı, göyərmiş ləkələr (ildırımsürətli meninqokokkemiya zamanı).
Baş ağrıları son dərəcə şiddətli, əziyyətli, diffuz şəkildə olur. Bədən vəziyyətini dəyişdikdə, güclü səs, parlaq işıq zamanı güclənir.
Qusma – ürəkbulanma və qida ilə əlaqə olmadan, qəflətən, "fəvvarə ilə" baş verir.
Qıcolmalar (klonik, tonik və ya qarışıq) – xəstəliyin birinci saatlarında baş verir. Kiçik yaşlı uşaqlarda qıcolmaların müşahidə edilməsi meninqokokk meningitinin ilk dəfə olmasını göstərir.
Məcburi vəziyyət – başı dala dartılmış, ayaqlar diz və bud-çanaq oynaqlarında bükülmüş, qarına doğru dartılmış şəkildə böyrü üstə ("Qaldırılmış çaxmaq vəziyyəti").
Ənsə əzələlərinin rigidliyi. Qeyd: Vərəm, poliomielit zamanı meningitlərdə ənsə əzələlərinin rigidliyi olmaya bilər.
Xəstəyə baxış zamanı tənəffüsün sayı və xarakteri, nəbz və hərarət müəyyən olunur. Hərarət bakterial infeksiyalar zamanı yüksək olur, bəzən isə aşağı ola bilər (vərəm zamanı). Dəridə səpgiləri axtarmaq lazımdır. Simptomların əmələ gəlməsi və ya güclənməsi
Müalicənin məqsədləri: törədicinin eradikasiyası (məhv edilməsi), fəsadların və xəstəliyin yayılmasının qarşısının alınması. Meningitlər zamanı terapiya taktikası xəstəliyin formasından, klinik gedişin xüsusiyyətindən və ağırlaşmalardan asılı olaraq müəyyən edilir. Bütün hallarda aşkar və təsdiq edilmiş törədicinin antibakterial preparatlara həssaslıq dərəcəsi təyin edilməlidir. Lakin meningitə şübhə olan kimi empirik müalicə dərhal başlanmalıdır.
Pasiyentlərin bir hissəsində (təqribən yarısında) tam sağalma olmur (25% xəstələrdə davamlı nevroloji dəyişikliklər, 11% xəstələrdə ağır əlillik).[3]