Meqqi Steffens

Meqqi Steffens (4 iyun 1993[1], San-Ramon, Kaliforniya[2]) — Birləşmiş Ştatları təmsil edən su poloçusu.[3]

Meqqi Steffens
Şəxsi məlumatlar
Tam adı Meqqi Steffens
Vətəndaşlığı ABŞ ABŞ
Doğum tarixi (30 yaş)
Boyu 172 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2012—2016ABŞ ABŞ

Karyerası[redaktə | mənbəni redaktə et]

Meqqi Steffens, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.

Daha sonra Meqqi Steffens, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.fina.org/athletes/1034760/margaret-steffens/profile.
  2. https://olympics.com/tokyo-2020/olympic-games/en/results/water-polo/athlete-profile-n1320556-steffens-margaret.htm.
  3. "Meqqi Steffensın tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.

Şablon:2016 Yay Olimpiya Oyunlarının su polosu yarışları - ABŞ yığması (qadınlar)