Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir.[1] Bu papirus tapılan ən qədim papirusdur.[1][2] Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir.[2][3] Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.[3][4]