Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu sinfə qılıncquyruqlular (Xiphosura) və xərçəngəqrəblər (Eurypterida) dəstələri daxildir. Hal-hazırda qılıncquyruqluların 4 növü təsvir edilmişdir (Limulus polyphemus).
Merostomlar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xərçəngəqrəblərin isə yalnız qazıntı növləri tapılmışdır (Jaekelopterus rhenaniae).
Qılıncquyruqlular Cənub-Şərqi Asiyanın tropik dənizlərinin dayaz sularında və Atlantik okeanının Şimali Amerika sahillərində yaşayır
Müasir qılıncquyruqların uzunluğu 60 sm-ə çatır. Prosoma 6 seqmentdən ibarət olub ətrafları təşkil edir: bir cüt qısa xeliser və 5 cüt hərəhət ayaqları. Xeliser və ilk 4 cüt ayaqlar qısqaclıdır. Erkək fərdin ilk cüt ayağı qısqacsız olub cütləşmə vaxtı dişi fərdi tutmaq üçündür. Opistosomdan 7 cüt ətraf çıxır. Burada cinsiyyət qapağı, cinsiyyət dəlikləri və tənəffüs orqanları yerləşir.[1]
Qılıncquyruqlar ömrünün əksər hissəsini dənizin 10–40 m dərinliklərində keçirir. Orta ömrü 19-20 il olub, cinsi yetkinliyə 9-12 yaşında çatır. Kürüləmə vaxtı yetkin fərdlər qumluq sahillərə miqrasiya edir. Kiçi erkəklər dişi fərdin opistosomal zirehindən yapışır. Dişi fərd qruntda quyucuq qazıb oraya 2000-20000 ədəd 1.5 – 3.5 mm diametrində yumurta qoyur. Bundan sonra erkək fərd yumurtaları mayalandırır. Onların sonrakı inkişafı qrunta keçir. Embriogenezin sonunda, 5 həftədən sonra yumurtadan trilobit sürfələr çıxır.
Qılıncquyruqlar dib onurğasızları (ikitaylı molyusklar, polixetlər, nemertinlər) ilə qidalanır. Onların qanı mavi rəngdədir. Məməlilərdən fərqli olaraq onların qanında hemoqlobin əvəzinə hemosianin vardır. Bunun əsas səbəbi hemosianində mis elementinin olmasıdır.[1]
Qılıncquyruqlar yaşadıqları ekosistemin mühüm hissəsidirlər. Onların yumurtaları bir sıra növlər (o cümlədən, bataqlıq quşları, dəniz tısbağaları, timsah və balıqlar) üçün qiymətli qida mənbəyidir.