Meryem Uzerli

Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983[1], Kassel, Hessen[2]) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa.

Məryəm Uzərli
türk. Meryem Sahra Uzerli
Doğum adı Məryəm Uzərli
Doğum tarixi (40 yaş)
Doğum yeri Kassel, Hessen, Almaniya Almaniya
Milliyyəti türk
Vətəndaşlığı Almaniya Almaniya
Türkiyə Türkiyə
Atası Huseyn Uzreli
Anası Ursula Uzerli
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 2008-ci ildən
IMDb ID3160431
meryemuzerli.tv

Həyatı[redaktə | mənbəni redaktə et]

Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.

2011-ci ildə Xürrəm Sultan rolu üçün iki dəfə Ən yaxşı qadın aktrisa və bir dəfə də Televiziya Ulduzları xüsusi mükafatına layiq görülmüşdür. 2012-ci ildə isə Dram sahəsində Ən yaxşı qadın aktrisa mükafatına layiq görülmüşdür.

Gənc aktrisa 2012-2013-cü illərdə Elidor Türkiyə reklamının siması olmuş və bir çox neçə Elidor reklamına çəkilmişdir.

2013-cü ildə Möhtəşəm Yüzil serialında Xürrəm sultan rolunun ifaçısı-Məryəm Uzərli Tükənmişlik sindromuna yaxalanaraq, serialdan ayrılmışdır.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

  • Boyu: 172[3] sm
  • Çəkisi: 65[4][5] kq
  • 1 il könüllü olaraq xərçəng xəstəsi uşaqlara baxıcılıq edib.[6]

Karyerası[redaktə | mənbəni redaktə et]

Filmləri[redaktə | mənbəni redaktə et]

Filmlər
Ölkə İl Filmin adı Rolu İzahı Janrı
Almaniya Almaniya 2008 Inga Lindström Britta Köməkçi aktyor Teleserial
Almaniya Almaniya 2009 Das total verrücktes Wochenende Köməkçi aktyor kino
Almaniya Almaniya 2009 The Line Anna Qısa Film
Almaniya Almaniya 2009 Sterne über dem Eis Tələbə Köməkçi aktyor kino
Almaniya Almaniya 2010 Journey of No Return Hostes Köməkçi aktyor kino
Almaniya Almaniya 2010 Ein Fall für zwei Ankel Köməkçi aktyor Teleserial
Türkiyə Türkiyə 2011-2013 Möhtəşəm Yüzil Xürrəm Sultan Baş rol ifaçısı Teleserial

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Meriem Sahra Userli // filmportal.de. 2005.
  2. Deutsche Nationalbibliothek Record #1061583864 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Meryem Sarah Üzerli Hangi Okulda Okudu Okuduğu Okullar" (türk). Songazetehaberleri.Com. 28 aprel 2012. 2013-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  4. "Meryem Uzerli kaç kilo ?" (türk). Magazin Gazetesi Cumcuma.com. 18 fevral 2011. 2015-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  5. "Meryem Uzerli Kaç Kilo Verdi" (türk). Rahatdiyet.com. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  6. "Maraqlı faktlar" (türk). yeni.az. 3 sentyabr 2013. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]