Noniltimus xulu - (lat. Mesogobius nonultimus) — Qamçılı xullar cinsinin nümayəndəsidir.
Nonultimus xulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nonultimus xulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Bədəni qamətli və uzunsovdur. Başı pazşəkillidir. Qəlsəmə qapaqları, döş üzgəclərinin əsası, qarın əmziyinin önündə boğazı və qarnının ortası çılpaqdır. Belində və böyürlərində aydın olmayan tünd zolaqlar vardır. Bunların forması və rəngi fərdi, yaş və coğrafi dəyişikliyə məruz qalır.
Xəzər dənizində, o sıradan Azərbaycan sahillərində yayılmışdır.
Duzlu su balığıdır. Heç vaxt şirin sulara keçmir. Əsasən suyun alt qatlarında yaşayır. 6-7 il yaşayır. Molyuskalarla, xərçənglərlə və xırda balıqlarla qidalanır.[2]
Cinsi yetginliyə 3 yaşında çatır.Çoxalması təxminən 6 ° C-də dayaz sahil sularında erkən yazda (fevral ayının sonundan başlayaraq) başlayır.O,digər xullardan fəqli olaraq daha aşağı temperaturda çoxalır.Kürüləmə zonası əsasən yaşayış sahəsinin şimal-qərb və cənub-qərb sahilindədir.10 mindən çox kürü tökür.Kürünün maksimum həcmi 5.2 mm, ən azı isə 2.6 mm-dir.16 gün davam edən inkişafdan sonra, böyüklər balıqlarının əlamətləri göstərməyə başlayır.[3]
Ölçüsü böyük olduğu üçün kommersiya dəyəri var. Həvəskar balıqçılar tərəfindən ovlanır.