METAK metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkətidir.[4]
METAK | |
---|---|
METAK | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 1997 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | ▲ 30 700 000 AZN (2018)[1] |
Ümumi aktivlər | ▲ 94 380 000 AZN (2019)[2] |
Xalis mənfəəti | ▲ 3 132 000 AZN (2018) |
Əməliyyat mənfəəti | ▲ 4 333 000 AZN (2018) |
Struktur | |
İşçi sayı | 896[3] |
Rəhbərlik | |
Təsisçi | Alik Kərimov |
Baş icraçı direktor | Aydın Kərimov |
metak.az |
Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur.
Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir.[5]
2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır.[6][7]
2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur.[8]
2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir.[9]
2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.[10]
2018-ci ildə fəaliyyət sahəsini genişləndirən şirkət meyvələr yığılan plastik qabların (viol) istehsalına başlayacağını elan edir.[11]
"METAK" Şirkəti Azərbaycan Respublikası ərazisində yüklərin daşınması üzrə nəqliyyat xidmətləri, metalların kimyəvi analizi üzrə xidmət, plastik boruların montajı və tikinti işləri üzrə xidmətlər göstərir.