Metal rabitəsi

Metal rabitəsi-metal ionları arasında və sərbəst elektronlar arasında yaranan rabitə.

Metal rabitəsinin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Metal rabitəsinin təbiətinin xarakteristikasında metallara xas olan iki xüsusiyyət əsas rol oynayır:

  • Metallar elektrik cərəyanını keçirir;
  • Metal kristallar adətən böyük koordinasiya ədədinə malik olur.

Metalların quruluşu

[redaktə | mənbəni redaktə et]
Şəkil 1.
Şəkil 2.

Metallar üçün tipik quruluş həcmdə mərkəzləşmiş kubik, üzdə mərkəzləşmiş kubik və sıx yerləşmə prinsipi əsasında əmələ gələn heksaqonaldan ibarətdir.

Xarakterik xassələri

[redaktə | mənbəni redaktə et]

Metalların birinci xarakter xassəsindən görünür ki, onların elektronlarının bir hissəsi kristal boyu öz yerini sərbəst dəyişə bilir və elektrik sahəsinin təsiri altında müəyyən istiqamətdə hərəkət edir. Metalların ikinci xarakter xassəsi isə göstərir ki, onlarda kimyəvi rabitə digər rabitə növlərindən fərqlənməlidir. Çünki heç bir atom eyni vaxtda 12 kovalent rabitə əmələ gələ bilməz. Metallarda ion rabitəsinin mövcudluğu da az ehtimallıdır. Çünki eyni bir metalın bütün atomları eyni növlüdür. Metal atomları arasındakı qüvvə ona nisbətən çox zəif olan Van-der-Vaals qüvvəsinin təbiəti ilə də eyni ola bilməz. Bunlara əsasən metallarda, metal rabitəsi adlanan yeni növ qüvvənin mövcudluğu qəbul edilmişdir. Metal rabitəsi baxımından metalların kristal şəbəkəsi metal ionları və bütün şəbəkə boyu sərbəst hərəkət edən və beləliklə də mücbət ionları bir-biri ilə əlaqələndirən valent elektronlarından təşkil olunmuşdur. Bununla əlaqədar olaraq, qəbul edilir ki, valent elektronları metalın kristal şəbəkəsinin daxilindəö özlərini qaz molekulları müəyyən həcmdə apardığı kimi aparır. Metallarda valent elektronlarının bu vəziyyətdə olması ilə onların elektrik cərəyanını yaxşı keçirməsi asanlıqla izah edilir.

  • Z.Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975.
  • Справочник химика. — 2-е изд., перераб. и доп. — Л.-М.: ГНТИ Химической литературы, 1962. — Т. 1. — С. 402-513. — 1072 с.
  • Лидин Р.А., Андреева Л.Л., Молочко В.А. Справочник по неорганической химии. Константы неорганических веществ.. — М.: «Химия», 1987. — С. 132-136. — 320 с.
  • Зиман Дж. Электроны в металлах (введение в теорию поверхностей Ферми). Успехи физических наук.. — 1962. — Т. 78, вып.2. — 291 с.