Astronomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Bütün müasir tədqiqat metodları vasitəsi ilə müşahidə edilə bilən aləm bütöv
lükdə Metaqalaktika adlanır.
Müəyyən edilmişdir ki, qalaktika topaları fəzada xaotik paylanmayıb, Kainatın daha irimiqyaslı quruluşunu əmələ gətirir.
Çox nadir hallarda tək qalaktikaya rast gəlmək olar. Qalaktikaların 90%-dən çoxu ya müəyyən qruplara daxil olaraq yerli qalaktikalar sistemi əmələ gətirir, ya da minlərlə qalaktikanı birləşdirən qalaktika topaları yaradır. Bizim Qalaktikanın ətrafında 1,5 Mpk məsafə hüdudlarında 40-a yaxın qalaktitak yerli qalaktikalar sistemini əmələ gətirir. Andromeda dumanlığı, Böyük və Kiçik Magellan buludları da bu sistemə daxildir.
Qız bürcündə bizdən 20 Mpk məsafədə yerləşən və diametri 6 Mpk olan qalaktika topaları müşahidə edilir. Bu cür qalaktika topaları Şimal Tacı, Herkules və Veronikanın saçları buürcündəə də mövcuddur.
Bu qalaktika topalarının daha irimiqyaslı əlaqəli sistem əmələ gətirməsi və ya ifratnəhəng qalaktika topalarının fəzada paylanma forması hələ də sual altında olan məsələlərdəndir.
Fəzanın elə boş sahələrinə rast gəlmək olur ki, tərəfləri milyon bub meqaparsek olan həcmdə heç bir qalaktika müşahidə olunmur. Kainatın Günəş sisitemi, Qalaktika kimi çox da böyük olmayan həcmində maddə qeyri-bərabər paylanır. Lakin qalaktikaların ifrat topalarının əmələ gətirdiyi həcmdə maddənin paylanması demək olar ki, bərabərdir.
Beləliklə, irimiqyaslı Kainatın quruluşunda, xüsusi seçilən, fərqlənən yerlər və istiqamətlər mövcud deyil. Deməli, böyük miqyaslarda Kainatın bircinsli və izotrop qəbul etmək olar (Kosmoloji prinsip).
Metaqalaktikada qalaktikalararası fəza çox seyrək qazla doludur. Bu fəza kosmik şüalarla deşilir, qravitasiya və elektromaqnit sahələri ilə səciyyələnir.
Metaqalaktikanın ən ucqar obyektlərində işıq bizə milyardlarla illərdən sonra gəli çatır. Bütün bunlara baxmayaraq, Metaqalaktikanı bütün Kainatla eyniləşdirmək düzgün deyil. Onun kimi başqa metaqalaktikalar da mövcuddur.
Ehtimal olunur ki, Metaqalaktika da stasionar olmayıb, genişlənməkdə və dəyişilməkdədir.