Metropolitan Transportation Authority ABŞ-nin Nyu-York ştatında ictimai nəqliyyatdan məsul olan təsərrüfat hesabına fəaliyyət göstərən bir şirkətdir. Nyu-Yorkun 12 qraflığı ilə yanaşı Konnektikut Nəqliyyat Departamenti ilə müqavilə əsasında cənub-şərqi Konnektikutin 2 qraflığına da xidmət edir. Həftəiçi günlərdə ümumi sistem vasitəsilə ortalama 11 milyondan artıq sərnişin daşınır və yeddi pullu körpü və iki tunel 800.000-dən artıq nəqliyyat vasitəsinə xidmət göstərir. MTA ABŞ-də ən böyük ictimai nəqliyyat idarəsidir.
Metropolitan Transportation Authority | |
---|---|
Məlumat | |
Açılış tarixi | 1965 |
Operator |
|
Saytı | mta.info |
Vikianbarda əlaqəli mediafayllar |