Mexaniki reduktor

İkinci çarxın sürəti fırlanma momentinin hesabına artır
Variatorun işləməsi
Silindrik dişli çarxlarla işləyən reduktor
Planetar reduktor
Hipoid reduktor

Mexaniki reduktorfırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin köməyi ilə ötürən və çevirən mexanizmdir. Mexaniki ötümənin əsas xarakteriskaları faydalı iş əmsalı, ötürmə ədədi, ötürülən güc, valların maksimal bucaq sürəti, aparan və aparılan valların sayı, növü və ötürmə pillərinin sayıdır.

Adətən giriş valının böyük bucaq sürətini çıxış valının aşağı sürətinə çevirən və bununla fırlanma momentini artıran qurğulara reduktor deyilir. Belə reduktorlar demultiplikator adlanır. Əksinə işləyən reduktorlar isə multiplikatorlardır.

Pilləli ötürmə ədədinə malik reduktorlar sürətlər qutusu kimi tanınır. Pilləsiz ötürmələrlə işləyənlər isə variatorlardır.

Hər şeydən öncə onlar mexaniki ötürmənin növlərinə görə təsnifatlaşdırılırlar: silindirk, konik, sonsuzvint, planetar, dalğavari, spiroid və kombinəedilmiş.

Reduktorlar həmçinin gövdə, soyuma sistemi, istifadə olunan yastıqların növü, fırlanma sürəti, ötürmə ədədi, ötürülən gücə görə də fərqləndirilirlər.

Reduktorun gövdəsi

[redaktə | mənbəni redaktə et]

Seriyalı istehsalda standartlaşdırılmış tökmə gövdələrdən istifadə edilir. Çox vaxt ağır maşınqayırmada çuqun, nadir hallarda isə polad gövdələrə rast gəlinir. Gövdənin çəkisini azaltmaq məqsədilə tezəriyən poladlara üstünlük verilir. Gövdə üzərində bərkidici elementlər (pəncələr, qulaqcıqlar)nəzərdə tutulur. Valların çıxışında yağın axmasının qarşısını almaq üçün kipləşdiricilər yerləşdirilir.

Fərdi istehsalda xüsusi tapşırıqlara uyğun olaraq konstruksiyanı hazırlmaaq üçün qaynaq edilmiş gövdələrdən geniş istifadə eidlir.

Ötürmə ədədi reduktorun aparan valının bucaq sürətinin aparılan valınkına nisbəti ilə təyin olunur:

burada: — aparan valın bucaq sürəti; — aparılan valın bucaq sürəti.

  • Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.