Meydan qalası — böyük dağ silsilələri tərəfindən dairəvi şəkldə əhatə edilmişdir. Qala bürclərinin biri yarım ay şəklində irəli çıxır. Qala divarların bəzi hissələri xaraba vəziyyətdədir. Qalada 1700-cü illərə qədər yaşayışın olduğu bildirilir. Osmanlı dövləti bu qalaya qulluq etmələri qarşılığında burada yaşayanları vergidən azad etmişdi[1].
Meydan qalası | |
---|---|
türk. Meydan kalesi | |
Ölkə | Türkiyə |
Şəhər | Adana |
Tikilmə tarixi | XI-XII əsrlər |
Meydan qalası Qızıldağ yaylasına 5 km, Kalkat yaylasına 8 km məsafədə Üçürgə suyu mənbəsi bölgəsindədir. Qərbində tarixi Qızıldağ yaylası yerləşir və Aladağ vadisindəki digər qalalara qonşu mövqedədir[2].
Meydan qalası böyük dağ silsilələri tərəfindən dairəvi şəkldə əhatə edilmişdir. Qala bürclərinin biriyarımay şəklində irəli çıxır. Qala divarlarının bəzi hissələri dağılmış vəziyyətdədir. Cənub-qərbində iki dənə gizli mağara var. Qalanın ən kənardakı hissəsi dördbucaq daşlardan hörülmüşdür. Sahil tərəfinin bir hissəsi sökülmüşdür. Tikilməsi tarixi təxminən XII-XIII əsrin sonlarına aid edilir.
Meydan qalasının cənub tərəfində yer alan Meydan Yaylası ilə Şimal tərəfində Aladağ rayonuna qədər uzanan geniş meşə sahə və sahib olduğu ağac növləri ilə bərabər gedişi, ziyarətçilərə kef verir[3].
Qalanın Meydan yaylağına baxan cənub tərəfindən qapı yoxdur. Qalanın baş giriş qapısı xaricində bəzi nöqtələrdən qalaya giriş mümkündürsə də, qala divarlarının viranə olduğu bu yerlərdən qalaya giriş olduqca təhlükəlidir. Qalanın baş giriş qapısı, Aladağ ilçəsinə baxan şimal tərəfindədir.