Meyer qaramurdarçası

Qafqaz, Orta Asiya (Kopetdağ), Yaxın Şərq və İranda təbii arealı vardır.

Meyer qaramurdarçası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Talış zonasında yayılmışdır.

Azərbaycanın nadir bitkisidir.NT.

Dağ yamaclarında və çayların kənarlarında bitir.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Təbiətdə arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dairəvi çətirli, 5 m-ə qədər hündürlükdə ağac və ya koldur. Yaşlı budaqları bozumtul-qonur rəngdə olur. Yarpağın hər iki tərəfi xırda tükcüklüdür. Yarpaq saplaqları yarpaq ayasından 5-8 dəfə qısadır. Yarpaqlarının uzunluğu 3,5-9 sm, eni 1,3-4,5 sm olub, nazik, üstü parlaq yaşıl, alt tərəfi daha açıq, hər iki tərəfdən çıxıntılı, uzunsov-ellipsvarı və ya oval-ellipsvarıdır. Bitki işıq və susevəndir. Çiçək qrupları qabarıq və çiçəkləmə vaxtı şaxələnmiş olub, uzunluğu 2,5-3,5 sm, eni 4-7 sm arasındadır. Kasacığın dişcikləri üçküncdən lansetvarıyadək, ləçəkləri isə enli-lansetvarıdır, ucu biz və ya kütdür. İyun ayında çiçəkləyir meyvəsi sentyabr ayında yetişir.

Toxumları və qələmləri ilə çoxaldılır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətinin təsiridir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi labüddür.

  • Флора Kaвказа. т.3.1945;
  • Деревья и кустарники СССР. Т.5. 1960.;
  • Флора Азербайджана. т.6.1955;
  • Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008;

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  • Tofiq Məmmədov. Azərbaycan dendroflorası. II cild. Bakı: Səda, 2015.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine