Meyid oğurlanması

Meyid oğurlanması — Dəfn yerlərindən cəsədlərin gizli çıxarılması. Meyid oğrularının ümumi məqsədi, xüsusilə XIX əsrdə tibb məktəblərində anatomiya mühazirələri, yaxud analiz üçün cəsədləri satmaq idi. Meyid oğurlamaqda təcrübəli insanlar tez-tez "dirildənlər", və ya "diriltmə adamları" adlandırılırdı. Oxşar hərəkət isə məzarın üst daşı və ya sərdabənin üstü açılaraq sexsi əşyaların və ya eksponatların oğurluğudur, amma mezar oğurluğu meyid çıxartmaqdan fərqlənir belə ki, məzar oğurluğu cəsəd oğurluğuna aid deyil.

Birləşmiş Krallıq[redaktə | mənbəni redaktə et]

1832-ci ilin Anatomiya aktından əvvəl, anatomik məqsədlər üçün təmin olunan cəsədlər yalnız Böyük Britaniyada məhkəmələr tərəfindən ölümə və yarılmağa məkhum olunanlar idi. Nisbətən daha ağır cinayətlər törətmiş insanlar məhkəmə qərarı ilə yarılmağa məhkum olunurdu. Bu qərarlar belə anatomik məktəblər və özəl tibb məktəblərini kifayət qədər təmin etmirdi. (1832-ci ilə qədər lisenziya tələb olunmurdu). XVIII əsr ərzində yüzlərlə cinayətkar belə agır cinayətlərə görə edam olunmuşdu, lakin XIX əsrdə isə hər il 55 nəfər ölüm cəzasına məhkum olunmuşdu. Tibbi məktəblərin ekspertiza üçün hər il ən az 500 meyidə ehtiyacları olurdu.

Ümumi hüquqda məzara müdaxilə ağır cinayət yox, uyğunsuz hərəkət hesab edilirdi və belə ki bu halda, tək cəza cərimə və həbslər olurdu, nəyin ki ictimai cəzalar. Aşkar olunma riski olsa da, bu ticarət kifayət qədər gəlirli bir iş idi, xüsusilə də səlahiyətlilər zəruri bir əməl kimi hesab etdiklərinə əhəmiyyət verməməyə meyilli idilər.