Meyityarma — elmi biliklərini artırması və ya ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyitlərin yarılması.
Meyitlərin yarılması hələ orta əsrlər dövründən qadağan edilmişdi. Tarixdə "yevistaxilərin yandırılması" hadisəsindən xəbərləri var. Belə ki, XVI əsrdə tələbələr müəllimlərin tapşırığı və köməkliyilə gecələr qəbiristanlıqdan yeni basdırılmış meyitləri çıxarıb aparırmış. Həmin meyitlər gizlicə yarılır, bununla da tələbələrə praktiki biliklər verilərmiş. Ancaq din xadimləri bundan xəbər tutur. Onlar qəbiristanlıqda meyit çıxaranları izləyib tutur, sonra isə hamısını meydanda, hər kəsin gözü önündə yandırıblar. Burada maraqlı bir məqamı da deyək. Yevistaxilərin yandırılması səhnəsinin fotoçəkiliş olmayan həmin dövrdə rəsmi çəkilib. Həmin rəsmin orijinalı indi məhz Azərbaycanda - Dövlət Tarix Muzeyində saxlanılır. Bu maraqlı olduğu qədər həm də çox bahalı rəsmdir.
Tarixdə ilk dəfə güclü alim olan Andrey Merzaviyə meyit yarmağa icazə verilib. Bu icazəni həmin vaxt IV Lüdovik alimin elmi biliklərini artırması və başqalarına öyrətməsi üçün vermişdi. Merzavi 200-dək meyit yarıb. Ancaq sonuncu meyitin yarılması zamanı alimin başına ətrafdakıların gözləmədiyi bir iş gəlib: qadın meyitini yarıb ürəyi əlinə götürən zaman orqan işləməyə başlayıb. Bundan sonra Merzavi "diri adamı yarıb ürəyini çıxarmaqla öldürməkdə" günahlandırılaraq sürgün edilib, sürgündə vəba xəstəliyindən ölüb. Əslində isə istənilən ölən şəxsin meyitinin hansısa orqanının tərpənməsi, işləməsi sinirlərin gec məhv olmasıyla əlaqəlidir.