Meyvə sousları

Meyvə sousları hazırladıqda meyvə-giləmeyvə püresinə şəkər az qatılır, azacıq bişirilir, pasterizə edilir və nəticədə çox keyfiyyətli, dadlı, bilavasitə qida üçün yararlı konserv əldə edilir. Meyvə sousları, bir qayda olaraq, zavod şəraitində hazırlanır və kütləvi iaşə müəssisələrində şirin xörəklərin hazırlanmasında və süfrəyə verilməsində istifadə edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.