Meyvəli-südlü içki

Meyvəli südlü içki - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də şadyanalıq rəmzi olaraq toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Süd -800 ml, şəkərli və ya şəkərsiz alma püresi – 200 q, Şəkərsiz alma püresi istifadə edildikdə əlavə şəkər – 80 q.

Hazırlanma qaydası[redaktə | mənbəni redaktə et]

Süd qaynadılır, soyudulur. Alma püresi daim qarışdırılmaq şərtilə üzərinə süd əlavə edilir, çalınır və soyudulub süfrəyə verilir. Bu içki başqa meyvə- giləmeyvə püresi və şirəsi ilə də hazırlamaq olar.