Mezofitlər

İtaliyanın Toskana regionunda bitki örtüsü.

Mezofitlər (yun. mesos-orta və phyton-bitki) — normal rütubətlənmə şəraitində inkişaf edən yerüstü bitkilərə (məsələn: mülayim qurşağın meşə və çəmənliklərinin əksər bitkiləri) deyilir. Mezofitlər rütubətlənmə şəraitinə uyğunlaşma dərəcəsinə görə hiqrofitlərlə kserofitlər arasında yerləşən bitkilər qrupudur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş. G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı ensiklopedik coğrafiya terminləri lüğəti. Bakı: Təhsil, 2005.