MiFi

MiFi 2372 modeli

MiFi mobil Wi-Fi hotspot kimi çalışan simsiz marşrutizatordur. Novatel Wireless şirkəti tərəfindən təqdim edilən bu cihaz mobil telefon xəttinə qoşularaq 5-ə qədər qurğunu internet ilə təchiz edə bilir. MiFi ətrafında 10 metrə qədər məsafədə yerləşən və Wi-Fi ilə təchiz olunmuş istənilən cihaz (kompüter, notebook, planşet, mobil telefon və s.) bu marşrutizator vasitəsilə internetə qoşula bilər.[1]

MiFi qurğusu ilk dəfə 2009-cu ildə ABŞ-də Novatel Wireless şirkəti tərəfindən təqdim edilmişdir. Hazırda dünyanın bir çox mobil operatorları öz istifadəçilərinə MiFi cihazını və müvafiq xidməti təklif edirlər. Müxtəlif modifikasiyalarda satışda olan bu qurğular istifadədə çox rahatdırlar.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Daxili akkumulyatorla təchiz edilmiş MiFi qurğuları 4 saata qədər aktiv iş rejimində çalışırlar. Qurğunun 5.7Mb/s-ə qədər ötürmə və 7.2Mb/s-ə qədər yükləmə sürəti var. MiFi qurğusunun həmçinin mikro-SD slotu vardır, ki 16 GB-a qədər yaddaş kartı qoşula bilər. Bu da müxtəlif sənədlərin (musiqi, video, şəkil və s.) yaddaşda saxlanmasına imkan verir.[1]

  1. 1 2 3 "MiFi". 2013-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-30.