Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
MiG-3 (Микоян и Гуревич МиГ-3) İkinci Dünya müharibəsi dövründə SSRİ tərəfindən istifadə olunan qırıcı təyyarə. İkinci dünya müharibəsində SSRİ tərəfinin istifadəsində olmuş birinci qırıcı təyyarə olmuşdur. MiQ-1 qırıcı təyyarəsindən yaradılmış olan uğurlu bir versiya olmuşdur. Yüksək hündürlükdə qazandığı uğurları ilə ad çıxarmışdır. İlk uçuşunu 29 oktyabr 1941-ci ildə həyata keçirmişdir. 1940–1941-ci illər arasında istehsal edilmişdir. 1945-ci ildə xidmətdən çıxarılmışdır. MiG-3, MiG-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədət hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumi olaraq 3400 MiG-1 və MiG-3 istehsal edilmişdir.
MiQ-3 | |
---|---|
Tipi | Qırıcı |
Hazırlayan | MiG |
İstehsalçı | MiG |
İlk uçuş | 1940 |
İstismara verilmə tarixi | 1940 |
İstimarının bitmə tarixi | 1943 |
İstismarçılar | |
Buraxılış sayı | 3.172 |
Baza modeli | MiQ-1 |
Vikianbarda əlaqəli mediafayllar |