Microfloppy disk

Microfloppy disk - Apple Macintosh və IBM-uyumlu kompüterlərdə istifadə olunan, diametri 3.5 düym olan və plastmas qında yerləşdirilmiş yumşaq disk. Belə disketin maqnit diski ferrooksidlə örtülmüş maylar “plyonka”dan hazırlanır. Macintosh kompüterlərinin birüzlü disketi 400 Kbayt, ikiüzlü (standart) disketi 800 Kbayt, yüksək sıxlıqlı ikiüzlü disketi isə 1.44 Mbayt informasiya saxlaya bilir. IBM-uyumlu kompüterlərdə tutumu 720 kbayt və ya 1.44 Mbayt tutan üçdüymlük disketlərdən istifadə olunur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.