Microsoft FrontPage – veb-sayt yaratmaq və orada yerləşən veb-səhifələri idarə etmək üçün rahat redaktorlardan biri sayılır.
Microsoft FrontPage | |
---|---|
Tərtibatçı | Microsoft |
Əməliyyat sistemi | Microsoft Windows, Mac OS |
Yayımlanma tarixi | noyabr 1995 |
Sonuncu versiya |
|
Vizual redaktorlardan ən çox yayılmış və istifadəçilərin daha çox istifadə etdiyi Microsoft Front Page (Microsoft Word redaktorunu xatırladır) proqram redaktorudur. Bu redaktorun köməyi ilə qısa bir zamanda gözəl sayt yaratmaq mümkündür. Microsoft Front Page redaktoru ilə işləyərkən HTML dilini mükəmməl bilmək vacib deyil.
Front Page-dən istifadə etməklə effektlər yaratmaq olur ki, kod redaktorlarında bunları yaratmaq üçün skriptlərdən və ya DHTML proqramından istifadə olunur. Yeganə mənfi cəhəti ondan ibarətdir ki, bu redaktorda yaradılan veb-səhifələr bəzi veb brauzerlər (veb səyyahlar) tərəfindən işıqlana bilmirlər, məsələn, Netscape.
MS FrontPage proqram redaktoru işçi sahadə çoxlu miqdarda funksiyaları yerinə yetirməyə qadirdir. Nəticədə FrontPage proqramından kənara çıxmadan qovluqlar, veb-sayt və bu veb-sayta daxil olan çoxlu sayda veb-səhifələr yaratmaq, faylları idarə etmək və s. olar. FrontPage-in işçi sahəsi bir neçə hissəyə bölünür ki, bu da veb-səhifənin bir təsvir rejimindən digərinə keçməsinə imkan verir, yəni FrontPage-də ekran üç hissəyə bölünür:
Rejimlər paneli veb-saytın və onun səhifələrinin strukturuna baxış rejiminə keçidi asanlaşdırır. Rejimlər panelində ayrı-ayrı rejimləri göstərən düyməciklər yerləşir:
MS FrontPage proqram redaktoru yüklənən zaman kompüterin diskində avtomatik olaraq My Webs qovluğu yaranır. Bu qovluqda yaradılacaq Veb-saytların saxlanması nəzərdə tutulur. MS Front Page-də yeni veb-sayt yaradılan zaman avtomatik olaraq əlavə 3 qovluq yaranır ki, həmin qovluqlarda veb-saytın faylları və səhifələri saxlanılır.