Mika Hakkinen

Mika Hakkinen (fin Mika Häkkinen, 28 sentyabr 1968) — finlandiyalı Formula 1 pilotu.

Mika Hakkinen
Mika Häkkinen
Tam adı Mika Pauli Häkkinen
Doğum tarixi (56 yaş)
Doğum yeri Vantaa, Finlandiya
Ölkə Finlandiya Finlandiya
Komanda Böyük Britaniya Lotus, Böyük Britaniya Mclaren
Formula 1 karyerası
Çempionluq 2
Birincilik 20
Cəmi xal 420
Poul sayı 26
Podium 51
Birinci yarış ABŞ 1991
İlk birincilik Avropa Qran-prisi 1997
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mika Hakkinen 1968-ci ilin 28 sentyabrında Finalndiyanın Vantaa şəhərində anadan olmuşdur. 1991-ci ildən Bir çox pilotlar kimi Monakoda, Monte-Karloda yaşayır. 1998–2008 aralığında Erye Honkanenlə evli olmuşdur. Bu izdivacdan onun Hyuqa Ronan adlı oğlu (2000) və Ayna Culia adlı qızı (2005) var. Mika hazırda Marketa Remeşova ilə birlikdədir və cütlüyün Ella adlı qız övladı(2010) var.

Mika Hakkinen avtoidman karyerasına 1987-ci ildə 19 yaşında başlamışdır. Onun ilk yarışındaca Reynard komandasının tərkibində qatıldığı Formula Forda 9 qələbə qazanaraq birinci olmuşdu. Bundan sonrakı 3 ildə Hakkinen Dragon və West Surrey Racing komandalarında Formula 3 və digər müsabiqələrə qatılır.

Hakkinenin Formula 1-də debütü 1991-ci ildə baş tutdu. Pilot bu yarışa Lotus komandasının tərkibində qatıldı. 2 il sonra isə Mclaren-ə daxil oldu. 1991–2001-ci illəri əhatə edən Formula 1 karyerasında Mika Hakkinen ilk qələbəsini 1997-ci ildə qazandı, 2 dəfə çempionluq əldə etdi 1998, 1999), daha 1 dəfə ikinci oldu (2000). 1995-ci il mövsümündə Avstraliya Qran-prisində ağır qəzaya uğrayan idmançı komaya düşür, ancaq müəyyən müddət sonra sağalaraq yarışlara geri dönür.

Finland pilot daha 3 il DTM (Deutsche Tourenwagen Masters — yüngül maşınlar arasında Almaniya çempionatı) yarışlarında iştirak etdi və 2007-ci ildə avtoidmandan getdi.