Bağırov Mikayıl Kazım oğlu (1934, Naxçıvan şəhəri) — texnika elmləri doktoru.
Mikayıl Bağırov | |
---|---|
Bağırov Mikayıl Kazım oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Bağırov Mikayıl Kazım oğlu 1934-cü ildə Azərbaycanın Naxçıvan MR Şərur rayonu Daşarx kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1960-cı ilə qədər "Qaradağneft" NQÇİ-də operatordan sahə rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1960-cı ildən AzETNÇi-nun "Neft hasilatı texnologiyası" laboratoriyasında mühəndis, 1966-1975-ci illərdə isə bu laboratoriyanın elmi işçisi, rəhbəri olmuşdur. 1963-1966-cı illərdə bu institutun aspirantı olub. 1966-cı ildə "Layların hidravlik parçalanması məslələrinin (ünsürlərinin) tədqiqi" mövzusunda namizdəlik dissertasiyası müdafiə etmişdir. 1971-1975-ci və 1982-1985-ci illərdə Əlcəzair şəhəri Neft və kimya institutunda pedaqoq işləmiş və eyni zamanda öz elmi fəaliyyətini davam etdirmişdir. 1975-1992-ci illərdə "Neft quyularının hasilatının intensivləşdirilməsi", "Quyuların əsaslı və cari təmiri" laboratoriyalarının rəhbəri olmuşdur. 1992-2002-ci illərdə Azneftqaz Detli-də direktor vəzifəsində işləmişdir. 1998-ci ildə "Neft-qaz hasilatını intensivləşdirilməsi üsullarının səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2002-ci ildən bu bu günə qədər Bağırov M.K. "Geofizika və mühəndis geologiyası" institutunun baş elmi işçisi və eyni zamanda ADNA Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professorudur.
Bağırov M.K. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi; istismar olunan quyuların məhsuldarlığının artırılması; layın neftverimi; hidravlik parçalanmanın yeni texnika və texnologiyasının yaradılması; süzülən suyun və qumun təcrid olunma məsələləri.
O Beynəlxalq Şərq akademiyasının akademiki olmuşdur.
Bağırov M.K. 130-dan artıq elmi məqalənin, 7 moqorafiyanın müəllifidir. İxtiralara görə 40 müəllifilik şahadətnaməsi və patentləri var. 5 elmlər namizadi hazırlamışdır.