Mikrorelyef

Mikrorelyef[redaktə | mənbəni redaktə et]

Mikrorelyef (yun. mikros-kiçik, xırda və fr. relief-çıxıntı)-yer səthinin bu və ya digər sahəsinin ümumi morfologiyasında, mezorelyef üzərində yaranmış xırda relyef formalarına deyilir. Mikrorelyef əsasən ekzogen relyef əmələgətirici amillərin təsiri ilə formalaşır. Mənşəyinə görə su-akkumlyativ, eol, eroziya, karst, suffoziya, donuşluq, biogen və s. mikrorelyef formaları ayırırlar. Mikrorelyefə misal olaraq, barxanları, dyunları, çay terraslarını, karst və suffoziya çalalarını və s. göstərmək olar.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş. G.Həsənov, S.B. Məmmədov, Y.Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.