Milena Pavloviç-Barili

Milena Pavloviç-Barili (çex. Милена Павловић-Барили 5 noyabr 1909[1][2][…], Pojarevaç[d], Serbiya krallığı6 mart 1945[3], Nyu-York, Nyu-York ştatı) — Serb əsilli şairə və rəssam. Serb modernizmin ən görkəmli qadın sənətkarıdır.

Milena Pavloviç-Barili
serb. Милена Павловић-Барили
Doğum tarixi 5 noyabr 1909(1909-11-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 mart 1945(1945-03-06)[3] (35 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Roma protestant qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti rəssam, yazıçı, şairə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Milena Pavloviç-Barili Qalereyasında sərgi salonu

Milena Pavloviç-Barili 5 noyabr 1909-cu ildə Pojarevaç şəhərində (Serbiya) anadan olmuşdur. Atası Bruno Barili bəstəkar, musiqi tənqidçisi və şair idi[4]. Anası Daniçi Pavloviç Karaqeorqieviç sülaləsindən gəlirdi və incəsənət öyrənirdi. 1922-1926-cı illərdə Milena Belqraddakı Kral İncəsənət məktəbində, 1926-1928-ci illərdə Münhendə incəsənət təhsili alır.

1930-cu illərin əvvəllərində Milena Serbiyanı tərk etdir. İkinci Dünya müharibəsi başlamazdan əvvəl bir neçə dəfə qısa müddətə Serbiyaya gəlir. Vaxtının çoxunu İspaniya, Roma, ParisLondonda keçirir, burada Jan Kokto və Andre Breton ilə ünsiyyət qurmaq imkanı olur. Milena bir çox Qərb incəsənət və rəsm məktəblərinin, xüsusən də Qiorqio de Kirikonun təsiri altına düşür. 1939-cu ildən sonra Milena Nyu-Yorkda yaşayır. Karyerası Voque, Harpers Bazaar və J. Walter Thompson reklam agentliyinin digər nəşrləri üçün illüstrator çəkmişdir.

Milena 6 mart 1945-ci ildə vəfat edir. Ölüm səbəbləri arasında atdan düşmə və ürək tutması qeyd olunur.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Əsərlərinin mövzusu müxtəlifdir - bunlar bibliya mövzularının portretləri və şərhləri üstünlük təşkil edir. Bu motivlər arasında pərdələr, mələklər, Venera heykəlləri və qartallar var. Bir çox əsərləri daim Romada, Nyu-Yorkda, Belqradda, habelə doğma şəhəri Pojarevaçda sərgilənir. Doğulduğu ev 1962-ci ildə muzeyə çevrilmişdir[4]. 1943-cü ildə Pavloviç-Barilinin əsəri Nyu Yorkdakı Əsrin İncəsənət qalereyasında Peqqi Quqqenhaymın The Art of This Century gallery şou sərgisinə daxil edildi[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France Milena Pavlović Barilli // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Delarge J. Milena PAVLOVIC BARILLI // Le Delarge (fr.). Paris: Gründ, Jean-Pierre Delarge, 2001. ISBN 978-2-7000-3055-6
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. 1 2 Zorica Markovic. "MILENA PAVLOVIĆ-BARILI" (серб.). www.stil-magazin.com. 2015-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 мая 2015.
  5. Butler, Cornelia H.; Schwartz, Alexandra. Modern Women: Women Artists at The Museum of Modern Art. New York: Museum of Modern Art. 2010. səh. 45. ISBN 9780870707711.