Millət Söhbətəli oğlu Əliyev (23 avqust 1961, Yardımlı rayonu – 2 may 1994, Tərtər rayonu) - Qarabağ müharibəsi şəhidi.
Millət Əliyev | |
---|---|
Millət Söhbətəli oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yardımlı rayonu,Separadi kəndi |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Tərtər rayonu,Qarabağ bölgəsi |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Turan və Fərrux |
Atası | Söhbətəli Əliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993-1994 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbi əlaçı olaraq bitirərək, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olmuşdur. Universiteti müvəfəqiyyətlə başa vuran Millət Əliyev 1983-cü ildə təyinatla Cəlilabad rayonuna göndərilmişdir. 3 il həmin rayonda riyaziyyat müəllimi işləmiş, sonra doğma Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə öz pedoqoji fəaliyyətini davam etdirmişdir.
Millət Əliyev 1993-cü ilin yanvar ayının 12-də Vətənin müdafiəsinə könüllü şəkildə qatılmışdır. İlk döyüş yolu Ağdərə rayonundan başlamış, Qubadlıda, Laçında, Ağdamda qəhrəmancasına vuruşmuş, düşmənə ağır zərbələr endirmişdir.O,Ağdərə rayonun Madaqiz kəndi (Suqovuşan) uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Buradakı ağır döyüşlər zamanı Millət Əliyev düşmənin bir tankını və "9M-114" markalı raketini məhv etmişdir. Bu döyüş nümunəsinə görə baş leytenant Millət Əliyev komandanlığın təşəkkürünə layiq görülmüş və mükafatlandırılmışdır.
Baş leytenant Millət Söhbətəli oğlu Əliyev Tərtər döyüş bölgəsinə göndərilmişdir. O, burada da düşmənin həlledici qüvvələrinin qarşısını almış, düşmənə ağır zərbələr endirmişdir. 1994-cü ilin may ayının 1-də Tərtər rayonunun Qırmızıkənd uğrunda gedən döyüşlərdə qəflətən ağır yaralanmış və şəhid olmuşdur. O, Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Baş leytenant Millət Əliyev evli idi. Turan və Fərrux adında iki oğlu vardı.[1]
Sumqayıtda 41 saylı tam orta məktəbdə onun büstü vardı.