Millət Əliyev (şəhid müəllim)

Millət Söhbətəli oğlu Əliyev (23 avqust 1961, Yardımlı rayonu2 may 1994, Tərtər rayonu) - Qarabağ müharibəsi şəhidi.

Millət Əliyev
Millət Söhbətəli oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yardımlı rayonu,Separadi kəndi
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Tərtər rayonu,Qarabağ bölgəsi
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Turan və Fərrux
Atası Söhbətəli Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993-1994
Rütbəsi Baş leytenant
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbi əlaçı olaraq bitirərək, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olmuşdur. Universiteti müvəfəqiyyətlə başa vuran Millət Əliyev 1983-cü ildə təyinatla Cəlilabad rayonuna göndərilmişdir. 3 il həmin rayonda riyaziyyat müəllimi işləmiş, sonra doğma Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə öz pedoqoji fəaliyyətini davam etdirmişdir.

Millət Əliyev 1993-cü ilin yanvar ayının 12-də Vətənin müdafiəsinə könüllü şəkildə qatılmışdır. İlk döyüş yolu Ağdərə rayonundan başlamış, Qubadlıda, Laçında, Ağdamda qəhrəmancasına vuruşmuş, düşmənə ağır zərbələr endirmişdir.O,Ağdərə rayonun Madaqiz kəndi (Suqovuşan) uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Buradakı ağır döyüşlər zamanı Millət Əliyev düşmənin bir tankını və "9M-114" markalı raketini məhv etmişdir. Bu döyüş nümunəsinə görə baş leytenant Millət Əliyev komandanlığın təşəkkürünə layiq görülmüş və mükafatlandırılmışdır.

Baş leytenant Millət Söhbətəli oğlu Əliyev Tərtər döyüş bölgəsinə göndərilmişdir. O, burada da düşmənin həlledici qüvvələrinin qarşısını almış, düşmənə ağır zərbələr endirmişdir. 1994-cü ilin may ayının 1-də Tərtər rayonunun Qırmızıkənd uğrunda gedən döyüşlərdə qəflətən ağır yaralanmış və şəhid olmuşdur. O, Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Baş leytenant Millət Əliyev evli idi. Turan və Fərrux adında iki oğlu vardı.[1]

Sumqayıtda 41 saylı tam orta məktəbdə onun büstü vardı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sumqayıtın qan yaddaşı" (birinci kitab) Sumqayıt nəşriyyatı 1998, Tofiq Əliyev, Əşrəf Veysəlli
Sumqayıtdakı 41 saylı tam orta məktəbdəki büstü.