Millət qəzeti — 1990-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş qəzet.
Millət | |
---|---|
Sahibi | Etibar Məmmədov |
Yaranma tarixi | 1990 |
Siyasi mənsubiyyət | Azərbaycan Milli İstiqlal Partiyası |
Nəşrini dayandırıb | 2004 |
"Millət" ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu.
"Millət" Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi.
"Millət" 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı.
2009-cu ilin ortalarında "Millət" qəzeti fəaliyyətini elektron formada bərpa edib. Qəzetin baş redaktoru Əli Orucov o zaman hədəflərinin tərəfsiz media orqanı kimi fəaliyyət göstərmək olduğunu demişdi.Millət qəzeti fəaliyyətini hal-hazırda elektron formada davam etdirir…[1]