Milli Birlik Partiyası (türk. Ulusal Birlik Partisi, UBP) — Şimali Kiprdə milli mühafizəkar siyasi partiya.[1] 11 oktyabr 1975-ci ildə Rauf Denktaş tərəfindən təsis edilmişdir. Partiya yarandığı vaxtdan 1994–1996-cı illər istisna olmaqla, 2003-cü il seçkilərinə qədər hakimiyyətdə olmuşdur. 2009-cu ildə Şimali Kipr Nümayəndələr Palatasına keçirilən qanunvericilik seçkilərində partiya səslərin 44%-ni və 50 oturacaqdan 26-sını qazanaraq çoxluq hökümətini formalaşdırmışdır. Partiyanın namizədi, keçmiş baş nazir Dərviş Eroğlu 17 aprel 2005-ci ildə Şimali Kiprdə keçirilən prezident seçkilərində 22,8% səs toplamışdır. 2016-cı ildən 2018-ci ilin əvvəlindəki seçkilərə qədər partiya lideri Hüseyn Özgürgün baş nazir vəzifəsini icra etdiyi Demokratik Partiyanın azlıq hökumətində baş tərəfdaş olmuşdur.[2]
Milli Birlik Partiyası | |
---|---|
Qurucu | Rauf Denktaş |
Lideri | Ünal Üstel |
Baş katib | Oğuzhan Hasipoğlu |
Quruluş tarixi | 1975 |
Baş qərargah | |
İdeologiya | milli mühafizəkarlıq[d] |
Saytı | ulusalbirlikpartisi.com |