Milli Cəbhə - Malayziyada Hakim koalisiyalı partiya.
Milli Cəbhə 1970-ci ildə İttifaq partiyasının bazası əsasında yaradılmışdır. İttifaq partiyasının əsasını da Malayziyanın 3 əsas milli icması (Birləşmiş Malay Milli Təşkilatı - BMMT, Malayziyanın Çin Assosiasiyası - MÇA, Malayziyanın Hindistan Konqresi [1]. - MHK təşkil edirdi.
1970-ci ildə Cəbhəyə Saravaka Birləşmiş Xalq Partiyası, 1972-ci ildə Malayziya Xalq Hərəkatı Partiyası (Qerakan) və Xalq-Tərəqqi Partiyası, 1973-cü ildə Panmalayziya İslam Partiyası (1977-ci ildə Milli Cəbhədən xaric edilmişdir) daxil olmuşdur. 1974-cü ildə bu təşkilat rəsmi şəkildə Milli Cəbhə adlandırılmışdır. Hazırda Milli Cəbhənin tərkibində 13 partiya vardır [2]
2008-ci ilədək Milli Cəbhə parlament seşkilərində asan qələbələr qazanmışdır. 2008-ci ildə Milli Cəbhə ilk dəfə müxalifətdə olan Xalq blokunun şəxsində güclü bir rəqiblə toqquşdu. Cəbhə nəinki parlamentdə üstünlüyünü (səslərin 2/3 hissəsini) itirdi, həm də müxalifətin öz hökumətini təşkil etdiyi 4 ştat üzərində nəzarəti itirdi. Bu meyl 2013-cü il seçkilərində də davam etdi. Milli Cəbhə parlament üzərində nəzarətini saxlamağa və federal hakimiyyət təşkil etməyə müvəffəq olsa da, o, parlamentdə yeddi yer itirdi və ümumilikdə ölkə əhalisinin yalnız 48 faizinin səsini ala bildi [3].