Milli Səhiyyə Komissiyası (çin. ənən. 國家衛生健康委員會, sadə. 国家卫生健康委员会, pinyin: Guójiā Wèishēng Jiànkāng Wěiyuánhuì) — Çin Xalq Respublikasının Dövlət Şurasının ölkədə səhiyyə siyasətinin inkişaf etdirilməsindən məsul olan kabinet səviyyəsində icra şöbəsi.[1] 19 mart 2018-ci il tarixində təsis edilmişdir. Nazirliyin qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir. Komissiyaya Nazirlər Kabineti səviyyəsində Dövlət Şurasının naziri rəhbərlik edir. Ma Syaovey komissiyanın hal-hazırkı naziri və partiya şöbəsinin katibidir.[2] Qurumun sələfi Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası idi.
Milli Səhiyyə Komissiyası | |
---|---|
| |
(MSK) | |
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | ÇXR |
Yaradılma tarixi | 17 mart 2018 |
Əvvəlki qurum | Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası |
Tabelik | Çin Xalq Respublikasının Dövlət Şurası |
Baş qərargah | Pekin |
Rəhbərlik | |
Nazir | Ma Syaovey, Milli Səhiyyə Komissiyasından məsul nazir |
|
|
Rəsmi saytı | en.nhc.gov.cn |
1954-cü ildə başlayan Çin Xalq Respublikası hakimiyyətinin əksər dövründə ölkənin səhiyyəsindən Səhiyyə Nazirliyi məsul idi. 2013-cü ildə bu qurum Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası ilə əvəz edilmişdir. 2018-ci ilin mart ayında Çin Xalq Respublikası hökuməti Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyasının ləğv olunduğunu və funksiyalarının yeni bir qurum olan Milli Səhiyyə Komissiyasına verildiyini açıqlamışdır.[3]
Çin Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür. Nazir Ma Syaovey 92-ci Dünya Səhiyyə Assambleyasında 1978-ci ildən bəri Çinin əsas səhiyyə xidmətinin təkmilləşdirilməsinə, sakinlər üçün universal bir sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsinə və ilkin tibbi yardımın keyfiyyətinin, səmərəliliyinin və istifadəsinin yaxşılaşdırılmasına diqqət yetirdiyini söyləmişdir.[3]
Komissiya materik Çinində COVID-19 pandemiyasına qarşı ümumölkə səyləri koordinasiya edən aparıcı qurumdur.[4]
# | Ad | Başlama | Bitmə | Qeydlər |
---|---|---|---|---|
1 | Ma Syaovey | 19 mart 2018 | Hal-hazırda |