Milli xarakter hər bir fərdin ilk öncə milli mənliyinə, şəxsiyyətinə sadiq qalaraq, dini dəyərləri üstün tutaraq, adət-ənənələrə, dövlətə, torpağa mənəvi dəyərlərə sadiqliyi hörməti fonunda formalaşan daxili insani keyfiyyətlərin zənginliyidir. Azərbaycanlıların milli xarakterində bir sıra modelləşmiş xüsusiyyətləri vardır ki, onları bu şəkildə qruplaşdırmaq olar:
- ailəyə sadiqliq, namus-qeyrət, övladlara qayğı, atanay-anaya ehtiram
- el-obaya, yurda (Vətənə) bağlılıq, qohum- qonşunun dərdinə, problemlərinə şərik olmaq (həm kədərini, həm də sevincini bölüşdürmək)
- qoçaqlıq, mərdlik, qəhrəmanlıq, zülmə baş əyməmək, istilaya, müdaxiləyə müqavimət göstərmək (ancaq qonağa hörmət etmək)
- adət-ənənəyə-qayda-qanuna, aösaqqal (böyük) sözünə qulaq asmaq, həddini aşmamaq
- ürək genişliyi, səxavət, izafi mal-dövlət yığmamaq, kasıba kömək eləmək, son tikəsini ehtiyacı olanla bölmək
- sevilib-sevilmək, məhəbbət yolunda ölümə belə getməkdən çəkinməmək və sevgisindən zövq almaq
- dosta son dərəcə sədaqətli olmaq, hətta xəyanət və ya düşmənçilik gördükdə də ondan dərhal imtina etməmək
- sadiq yol yoldaşlığı
- fəxr etmək, qiymətləndirmək hissinin, nümunə götürmək marağının genişliyi
- səfərə çıxmaq, gəzmək, yeni yerlər görmək həvəsi
- düz danışmaq, səhvini boynuna almaq, "ən böyük biclik düzlükdür" məntiqilə yaşamaq
- yaddaş mükəmməlliyi, "yeddi dönən"ini yaxşı tanımaq[1]
Azərbaycan ədəbiyyatının yaratdığı böyük xarakterlər silsiləsi bu ədəbiyyatın milli xüsusiyyətlərinin əsas cizgilərini, onun inkişaf yolunu, əsri ənənələrini, başqa xalqların ədəbiyyatları ilə əlaqəsini, bir sözlə ideya-bədii nailiyyətlərini qabarıq şəkildə nümayiş etdirir. İstər klassik, istərsə də, müasir yazıçılarımızın əsərlərində yaradılan müsbət xarakterlər xalqın mənəvi, psixoloji aləmini öz bəşəri, humanist keyfiyyətləri ilə səciyyələndirir. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Zakirin, Axudovun, Cəlil Məmmədquluzadənin, Vəzirovun, Sabirin, Nərimanovun estetik idealında, satirasında, tənqidlərinin arxasında görünən sənətkar mövqeyi müəyyən tarixi şəraitdəki milli xalq xarakterinin milli xalq idrakının təzahürüdür.
- Azərbaycançılıq və milli xarakter
- AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER
- Xarakter
- ↑ Cəfərov N., Sərdarov V., Cəfərov A. Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları. Bakı-2016