Millionaire Concept

Millionaire Concept Network 2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qurulmuş biznes platformasıdır. [1] Platforma Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) tərəfindən rəsmi dəstəklənir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Millionaire Concept Network çərçivəsində yerli istehsalçılar öz məhsullarını xarici qonaqlara tanıdıb təbliğ etmək üçün yaxşı imkan əldə edirlər. [2] Burada əsas məqsəd ölkədə sahibkarlığın inkişafına təkan vermək və müxtəlif iş adamları arasında sıx əlaqələrin qurulmasıdır.

İdeya müəllifi Aqil Məmiyevin olduğu Millionaire Concept Network biznes platformasına sahibkarlar və brendlər üzv ola bilər. Üzvlük bir neçə formada olur: Gümüş, Qızıl, Platinum və Fəxri üzvlük. Yalnız Qızıl və daha yuxarı seqmetə aid olan üzvlər möhtəşəm ödül gecəsində mükafatla təltif olunur. Üzvlərlə yanaşı layihədə Ambassador status da mövcuddur. Bu şəxslər layihənin əsas siması hesab olunurlar. Onlar arasında əsasən yerli və xarici məşhurlar yer alır.

İdeya müəllifi Aqil Məmiyevin olduğu layihənin bir neçə nüfuzlu tərəfdaşları var. Onlar arasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) və Baş ofisi Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən, dünyanın 40-a yaxın ölkəsində rəsmi filialı olan beynəlxalq The Luxury Network kimi qlobal təşkilatının da adı var. [3]

Layihənin ilk qala gecəsi sentyabr ayının 28-30 arasında 2019 tarixində, [4] Azerbaycanın paytaxtı Bakı şəhərində baş tutub. [5] Qırmızı xalıda Ivana Sert, [6] Farah Abdelaziz,[7] Nadine Abdelaziz, [8] Alice Abdelaziz, [9] Faiq Ağayev, Zamiq Hüseynov və digər məşhur simalar layihənin marka elçiləri sırasında yer alıb. [10] Marka səfirləri və qızıl üzvlər mükafatla təltif olunub. Millionaire Concept sahibkarlar üçün təkcə uğurlu biznes layihəsi deyil, həmçinin nüfuz və yüksək status sayılır.

Marka Səfirləri (2019)[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Millionaire Estate Baku" diqqətləri özünə cəlb etdi (FOTO)". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  2. "В Баку прошел проект "Клуб недвижимости миллионеров"". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  3. "World-famous millionaires gather in Baku". 2020-04-02. 2020-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  4. "Məşhur ulduzlar "Millionaire Estate Baku"da - FOTO". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  5. ""Millionaire Estate Baku" diqqətləri cəlb etdi -". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  6. "Şef Jale Balcı'dan mutfak sırları". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  7. "Hadise'nin corona virüs önlemi". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  8. "Azeriler, Türkiye'nin yıldızı olarak İvana Sert'i seçtiler - Magazin". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  9. "Millionaires to gather in Baku [PHOTO]". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  10. ""Millionaire Estate Baku" diqqətləri özünə cəlb etdi - FOTO". 2020-04-05. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.