Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 21 gün əvvəl Nemoralis (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Millionaire Concept Network 2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qurulmuş biznes platformasıdır. [1] Platforma Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) tərəfindən rəsmi dəstəklənir.
Millionaire Concept Network çərçivəsində yerli istehsalçılar öz məhsullarını xarici qonaqlara tanıdıb təbliğ etmək üçün yaxşı imkan əldə edirlər. [2] Burada əsas məqsəd ölkədə sahibkarlığın inkişafına təkan vermək və müxtəlif iş adamları arasında sıx əlaqələrin qurulmasıdır.
İdeya müəllifi Aqil Məmiyevin olduğu Millionaire Concept Network biznes platformasına sahibkarlar və brendlər üzv ola bilər. Üzvlük bir neçə formada olur: Gümüş, Qızıl, Platinum və Fəxri üzvlük. Yalnız Qızıl və daha yuxarı seqmetə aid olan üzvlər möhtəşəm ödül gecəsində mükafatla təltif olunur. Üzvlərlə yanaşı layihədə Ambassador status da mövcuddur. Bu şəxslər layihənin əsas siması hesab olunurlar. Onlar arasında əsasən yerli və xarici məşhurlar yer alır.
İdeya müəllifi Aqil Məmiyevin olduğu layihənin bir neçə nüfuzlu tərəfdaşları var. Onlar arasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) və Baş ofisi Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən, dünyanın 40-a yaxın ölkəsində rəsmi filialı olan beynəlxalq The Luxury Network kimi qlobal təşkilatının da adı var. [3]
Layihənin ilk qala gecəsi sentyabr ayının 28-30 arasında 2019 tarixində, [4] Azerbaycanın paytaxtı Bakı şəhərində baş tutub. [5] Qırmızı xalıda Ivana Sert, [6] Farah Abdelaziz,[7] Nadine Abdelaziz, [8] Alice Abdelaziz, [9] Faiq Ağayev, Zamiq Hüseynov və digər məşhur simalar layihənin marka elçiləri sırasında yer alıb. [10] Marka səfirləri və qızıl üzvlər mükafatla təltif olunub. Millionaire Concept sahibkarlar üçün təkcə uğurlu biznes layihəsi deyil, həmçinin nüfuz və yüksək status sayılır.