Milyonçu (Rom: Srimanthudu) — Koratala Siva tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş olan 2015-ci il istehsalı teluqu dilli hind döyüş dram filmidir. Film Mythri Movie Makers və G. Mahesh Babu Entertainment tərəfindən istehsal olunmuşdur. Filmdə baş rolları Mahesh Babu, Shruti Haasan, Caqapati Babu və Rajendra Prasad canlandırmışdır. İkinci dərəcəli rolları isə Sampath Raj, Mukesh Rishi, Sukanya və Harish Uthaman canlandırmışdıt. Filmin qlobal distribütoru Eros İnternational şirkəti olmuşdur.
Milyonçu | |
---|---|
tel. శ్రీమంతుడు | |
Janr | dram filmi, döyüş filmi |
Baş rollarda |
|
İlk baxış tarixi | 7 avqust 2015[1], 2015 |
Müddət | 158 dəq. |
Ölkə | |
Dil | Teluqu dili |
Rəng | rəngli |
IMDb | ID4727512 |
Film atası Ravikanthdan (Caqapati Babu tərəfindən canlandırılmışdır) böyük bir biznes imperiyasını miras alan gənc iş adamı olan Harşa Vardhanın (Mahesh Babu tərəfindən canlandırılmışdır) hekayəsindən bəhs edir. Harşanın dostu Charuseela (Shruti Haasan tərəfindən canlandırılmışdır) onu özünün və atasının Devarakota adlı ucqar bir kənddə yaşayan ata-baba kökləri haqqında məlumat öyrənməyə təşviq edir və bundan sonra Harşa kəndi himayəsinə götürür və bir müddət yerli əhalinin həyat səviyyəsini və kəndin infrastrukturunu yaxşılaşdırmaq üçün işlər görür. Lakin onun bu səyləri yerli kriminal rəis olan Saşino (Sampath Raj tərəfindən ifa olunmuşdur) və onun siyasətçi qardaşı olan Venkata Ratnamı (Mukeş Rişi tərəfindən ifa olunmuşdur) qəzəbləndirir.
Bu film əvvəlcə UTV Motion Pictures tərəfindən istehsal olunmalı idi, lakin şirkət Siva ilə mövcud olan fikir ayrılıqlarını əsas gətirərək geri çəkilmişdir. Siva filmin rejissorluğunu etmək ilə yanaşı, ssenarisini də yazmışdır. Filmin musiqisini Devi Şri Prasad bəstələmiş, quruluşçu operator isə R. Madhi olmuşdur. Kotagiri Venkateswara Rao filmin montajını həyata keçirmişdir. Filmin çəkilişlərinə 11 avqust 2014-cü ildə Heydərabaddakı Ramanaidu Studiosda başlanılmışdır. Əsas çəkilişlər isə 7 noyabr 2014-cü ildə Pune şəhərində başlamış və 2015-ci il iyun ayının ortalarına qədər davam etmişdir. Filmin çox hissəsi Heydərabadda və onun ətrafında çəkilmiş olsa da, filmin bəzi hissələri Tamil Nadu və Malayziyada çəkilmişdir.
Srimanthudu və onun Selvandhan adlı tamil dilindəki dublyaj versiyası 7 avqust 2015-ci ildə eyni vaxtda bütün dünyada təxminən 2500 ekranda buraxılmışdır. O, müsbət tənqidlər almış və kommersiya müvəffəqiyyətinə nail olmuş, qlobal miqyasda ₹ 40-70 crore büdcə ilə ₹ 140 krordan çox gəlir əldə etmiş və bununla da bütün zamanların üçüncü ən çox gəlir gətirən Teluqu filmi olmuşdur. Filmin nümayişindən sonra bir çox aktyorlar, bürokratlar və siyasətçilər geridə qalmış kəndləri inkişaf etdirmək planlarını açıqlamışdırlar və Andhra Pradeş və Telanganada kəndlərdəki sosial vəziyyətin yaxşılaşdırılması təşviq edilmişdir. Film, Mahesh Babu üçün Ən Yaxşı Teluqu Aktyoru da daxil olmaqla üç Filmfare Mükafatı və eyni zamanda da Ən Yaxşı Populyar Bədii Film nominasiyası da daxil olmaqla üç Nandi Mükafatı qazanmışdır.