Minəxanım Təkləli

Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı.

Minaxanım Təkləli
Nuriyeva Minaxanım
Elm sahəsi Filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yerləri

Bakı Mühəndislik Universiteti, "Azərbaycan multikulturalizmi" elm-tədris mərkəzi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan EA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə 1983-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik adını almışdır. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilmişdir. Rus yazıçılarının əsərləri üzrə türk elementlərinin tədqiqinə böyük maraq göstərmişdir. 2004-cü ildə uğurla "Rus dilində türk sözləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2006-cı ildən professor adına layiq görülmüşdür.

Prof.dr. Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır.

Elmi axtarışlarla bərabər bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. Ana dilinin və vətən tarixinin keçmişi və müasir məsələlərinə dair radio və televiziyada müntəzəm çıxış edir. Özbəkistanda, Moskvada, İranda, Türkiyədə keçirilən türkoloji və şərqşünaslıq məsələlərinə dair konfranslarda iştirak etmişdir. Son illərdə Mahmud Kaşğari adına Türk Ocağının "San Yarlığı", Qafqaz-Media təşkilatının "Cəsarətli qələm", Yazıçılar Birliyi Həmkarlar İttifaqının "Vətən" mükafatlarına layiq görülmüşdür.

Bakı Mühəndislik Universiteti nəzdində fəaliyyət göstərən "Azərbaycan multikulturalizmi" elm-tədris mərkəzinin professoru.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Türk əsilli ruslar. Türk mənşəli rus soyadlarının yaranma və formalaşma tarixinə həsr edilib. Kitabda mənşəcə türk olan tanınmış rus ailələrinin, o cümlədən böyük şəxsiyyətlərin həyat və fəaliyyətlərini əhatə edən sənədli, tarixi oçerklər verilib. Bakı, Nurlar, 2010, II nəşr.
  2. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən yer adları. Kitabda tarixən türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüz illər boyunca adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski türk məskənlərindən bəhs edilir. Əldə olunan пəticələr vasitəsillə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur. Bakı, Nurlar, 2009
  3. Rus dilində türk sözləri. Rus dilinin bütün qatlarına nüfuz etmiş türk sözlərinin bu dildəki leksik-semantik zənginliyi böyük rus yazıçılarının əsərləri üzrə təsdiq olunur. Göstərilir ki, bu sözlər türk xalqlarının milli-mədəni irsinin bariz göstəriciləri olmaqla rus dilində də türk milli leksikasının zənginliyini ifadə edir. Əldə olunan nəticələr rus, habelə bütün Şərqi slavyan xalqlarının tarixində türk xalqlarının yerini və mövqeyini təsdiq etməkdədir. Bakı, Nurlar, 2006.
  4. Türk imzası. Kitabda türk təxəllüsləri daşıyan şəxsiyyətlərin tərcümeyi-hallarını və yaradıcılığını əhatə edən yığcam məqalə, istifadə etdikləri türk mənşəli təxəllüslərinin tarixi-etimoloji təhlili verilmişdir. Kitabda 900-ə qədər türk soyadı verilmişdir. Bakı, Nurlar, 2006.
  5. Vüqarımı o dağlardan almışam. Kitab saz, söz sənətindən, milli mədəniyyətin inkişafında xalq aşıqlarının rolundan, bu sənətin son illərdə dirçəldilməsindən bəhs edir. Bakı, Adiloğlu, 2006.
  6. Qərbdən Şərqə. Kitabda keçmiş SSRİ-yə daxil olan Qərbdən Şərqədək türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüzilliklər ərzində dəyişdirilən və başqa yad adlarla əvəz edilən əski türk yer adlarından bəhs olunur. Bakı, Elm, 1999.
  7. İstilalar, müharibələr, türk şəhərlərinin taleyi. Milli sərhədlərin hüdudlarından kənarda qalan türk şəhərləri haqqında əsl tarixi tapıntılar təsiri buraxan bu kitab, türk şəhərlərinin taleyinə biganə qalmayan hər kəs üçün maraqlı ola biləcək. Bakı, Adiloğlu, 2005.
  8. Qafqaz İslam ordusunun xronologiyası. Kitab Azərbaycan dövlətinin müstəqillik qazanmasında, istiqlalının qorunmasında həlledici rolu olan Qafqaz İslam Ordusunun mücadilə hərəkatı tarixinin tədqiqinə həsr olunmuşdur. Bu məqsədlə ordunun qurtuluş fəaliyyəti araşdırılmış xronoloji üslubda ardıcıllıqla, sistemə salınmışdır. Bakı, Nurlar, 2008 (Mehmet Rıhtımla birlikdə)
  9. Sarı gəlin. Kitabda müəllifin toplayıb tərtib etdiyi Azərbaycan xalq mahnıları əslinə uyğun və bir neçə variantı ilə verilmişdir. Bakı, Vektor nəşr evi, 2007
  10. Sirrimi bilmədin. Bu kitabda müəllifin həyat və sənət haqqındakı kövrək duyğuları yer almışdır. Bakı, Nurlar, 2009.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]