Mina Kösə

Mina Vasili oğlu Kösə (19 avqust 193325 noyabr 1999) — Qaqauz şairi.

Mina Kösə
Doğum tarixi 19 avqust 1933(1933-08-19)
Vəfat tarixi 25 noyabr 1999(1999-11-25) (66 yaşında)
Fəaliyyəti yazıçı

Qaqauz ədəbiyyatında didaktik şeirləri ilə tanınmışdır. Ömrünün çoxunu doğulub boya-başa çatdığı kənddəki məktəbdə öyrətmənliklə keçirən şair, bir ara məktəb direktorluğu, kolxoz-sovxozlarda partiya təşkilat katibi, Karaçoban adına Beşalma Tarix-Etnoqrafiya Muzeyinin direktoru da işləmişdir. Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirən Mina Kösənin ilk şeirləri 1959-cu ildə "Bucaktan sesler" toplusunda çap edilmişdir. 1973 ildə isə şairin "Kısmet" (Xoşbəxtlik) adlı ilk kitabı işıq üzü görmüşdür.

Sovet təbliğatına ürəkdən inanan və xalqların xoşbəxtliyini kommunizmin dünyada qalib gələcəyinə, Sovet dövlətinin xalqları əsarətdən qurtaracağına ümid bəsləyən şair ömrünün sonunadək bu mövzuya sadiq qalmışdır. Moldova Yazıçılar Birliyinin üzvü olmuş Mina Kösə "Kardaşlık" (1975), "Zapax zemli" (1979), "Topraan yrek düülmesi" (Torpağın ürək döyünməsi, 1983), "Xazır ol" (Hazır ol, 1986), "Umutlar" (1988), "Dattım ömürden" (1991), "Sabansaarın gün" (1993) kitablarını çap etdirmişdir.