Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Quliyeva Mina Əliqulu qızı — Alim, pedaqogika elmləri namizədi, fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı, tədqiqatçı alim.
Mina Quliyeva | |
---|---|
Quliyeva Mina Əliqulu qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | 2016, 11 oktyabr |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Fransız dili |
Elmi dərəcəsi | pedaqogika elmləri namizədi |
Elmi adı | Müəllim |
İş yeri | Təhsil problemləri İnstitutu |
Mükafatları | Fransanın Akademik Palma ordeni Ordre des Palmes Académiques |
1925-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Mina Əliqulu qızı Quliyeva, yüksək “müəllimə” adı ilə tanınırdı. Atası, Əliqulu Quluzadə Azərbaycan dili müəllimi idi.
Orta təhsilini əsasən, Bakının 16 nömrəli rusdilli məktəbində almışdı.
1946-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji Institutunun xarici dil fakultəsinin fransız dili şöbəsini əla qiymətlərlə, o vaxt ən yüksək hesab edilən “Stalin təqaüdü” ilə, iki ixtisas üzrə (“Orta məktəb Fransız dili müəllimi” və “Hərbi tərcüməçi”) bitirdi. Institutu hərbi tərcüməçi kimi bitirdikdən sonra ona leytenant rütbəsi və hərbi bilet verildi. Mina xanım uzun illər respulikanın ali məktəbləri: V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Müəllimlər Xarici dillər İnstitutunda, M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fransız dili müəllimi vəzifəsini və eyni zamanda müxtəlif illərdə kafedra müdiri, dekan, prorektor vəzifələrini də icra etmişdir.
Mina xanım 1953-cü ildə Pedaqoji elmlər namizədi dərəcəsi, 1965-ci ildə Fransız dili kafedrasının dosenti adını almışdır. Işlədiyi illər ərzində təhsilini təkmilləşdirmək məqsədi ilə və Respublika ziyalısı kimi Moskva, Paris, Strasburq, Dakar və digər şəhər və ölkələrdə olmuşdur.
Ötən illər ərzində pedaqoji və elmi fəaliyyətinə görə O, Azərbaycanın müxtəlif – Təşəkkür, fəxri nişan ordenləriylə təltif edilib. Fransız dilinin yayılması sahəsində fəaliyyətinə görə Fransanın Elm və Mədəniyyət üzrə ən yüksək mükafatı olan “Akademik Palma” ordeni ilə təltif edilmişdir.
1981-1993 –cu illərdə Mina xanım Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitunun “Xarici dillərin tədrisi tarixi” və “Xarici dillərin tədrisi metodologiyası” sektorunun baş elmi işçi vəzifəsində işləyib. 1993-cü ilin yanvar ayında təqaüdə çıxıb. Alim 2016-cı ilin 11 oktyabrında Bakıda vəfat etmişdir.
Mina xanım Quliyeva Azərbaycanda fransız dilinin öyrənilməsi sahəsində mühüm işlər görmüşdür. Fəaliyyətə başladığı 1946-cı ildən, (11 oktyabr), rəhmətə getdiyi 2016-cı ilədək Mina xanım Azərbaycanda fransız dilinin, fransız dili tarixinin tədrisi və tədrisi metodikasının elmi-nəzəri problemlərinin, orta və ali məktəblər üçün dərsliklərin, Fransız-Azərbaycan və Azərbaycan-Fransız dili lüğətlərinin yaradılması (1965-ci ildən 5 lüğətin tərtibçisi və redaktoru olub) və çoxsaylı müxtəlif səviyyəli kadrların hazırlanmasında danılmaz rol oynayıb.
Onun hazırladığı ilk aspirant Respublikada Fransız dilinin tanınmış mütəxəsisi Xalidə xanım Mütəllimova, son aspirantı isə İradə Əmiraslanova olmuşdular. Mina müəllimə təqaüd dövrü fəaliyyətində sabiq tələbələri əməkdaşlığı davam etdirmişdir. Azərbaycan Dillər Universitetinin baş müəllimi Rafiq Mikayılov hazırda Mina xanımın təqaüd zamanı hazırladığı “Manuel de français” dərsliyini və fransız dilinə tərcümə etdiyi nağılların redaktor kimi internetdə nümayişini hazırlayıb.
91 yaşında ömrünün son ayları və günlərində belə Mina müəllimə müəllim adının və məsuliyyətinin ilahidən gəlməsini təsdiq edərək ölkəsinin 10 yaşlı şagirdləri üçün əsən əlləri ilə titrək hərflərlə hazırladığı dərslik və nağılların əlyazmalarının surəti ona həsr edilmiş saytda verilir.
https://independent.academia.edu/MinaGuliyeva[ölü keçid]