Minacat

MinacatŞərq ədəbiyyatında işlək şeir çeşidlərindən biri olub məsnəviqəsidəyə yaxınlığı ilə səciyyələnir.

Münacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter almışdır.

Aşıq yaradıcılığında da ustad sənətkarlar bu şeir çeşidindən yararlanmışlar. Şair Məmmədhüseynin, Molla Cumanın, Növrəs İmanın, Aşıq Nəcəfin və başqa sənətkarların yaradıcılığında minacatlar özünə geniş yer almışdır.[1]

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.