Mindoro

Mindoro (taqal Mindoro (isp. Mina de Oro — qızıl şaxta) — Filippin arxipelaqına daxildir.

Mindoro
Ümumi məlumatlar
Sahəsi 10 571 km²
Hündür nöqtəsi 2585 m
Əhalisi
  • 1.331.473 nəf. (2015)[1]
Yerləşməsi
12°59′00″ şm. e. 121°09′51″ ş. u.HGYO
Ölkə  Filippin
Mindoro xəritədə
Mindoro
Mindoro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mindoronun şimalınadkı çimərlik

Sahəsi 10 571,8 km²[2]. Luzon adasının şimalında yerləşir. Adadan Verde boğazı ilə ayrılır. Luzon adaları qrupuna daxildir.

Dağlıq reylefə malikdir. İki massivə bölünür:Birinci şimal-qərbdə, ən hündür nöqtəsi Alkon dağıdır (2585), ikinci mərkəzdə, ən hündür nöqtəsi Bako dağıdır (2488 m). Suxurları qranit, diorit və bərk qaya suxurları. Şimal-şərqində Nauhan gölü yerləşir. Çayları isə kiçikdir.

Subekvatorial (musson) iqlimə malikdir. Şərqində yağıntılar il ərzində bərabərdir. Qərbdə iki mövsum xarakterikdir. Yayda və payızda rütubətli, qışda və yazda qurudur. Burada musson və tropik meşələrlə örtülüdür. Manqrov meşələri üstünlük təşkil edir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ada iki inzibati vilayətə bölünür : Qərbi Mindoro (452 971 nəfər)[3] və Şərqi Mindoro (785 602 nəfər). Ardıcıllığa uyğun olaraq Mamburao və Kalapan şəhərləri viıayətlərin paytaxtlarıdır. Üstəlik adada 5 kiçik şəhərdə vardır ki, onların 10,000 əhalisi vardır. Ümumi əhalisi 1 238 573 nəfər (2010 год) təşkil edir.,

Adada düyü, şəkərqamışı, kokos palması bitkilər əkilir. Qızıl çıxarılır, sahil bölgəsində isə balıqçılıqla məşğul olunur. Puerto-Qalerada turizm inkişaf etdirilir.

  1. http://web0.psa.gov.ph/sites/default/files/attachments/hsd/pressrelease/MIMAROPA.pdf.
  2. "Arxivlənmiş surət". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-20.
  3. Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). April 2012. 2018-12-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.
  • Böyük Sovet ensiklopediyası, ton 16, M.- 1974.