Mineral motor yağları – neftin yüksəkqaynayan (qaynama temperaturu 300–6000C) yüksəkmolekullu karbohidrogen fraksiyalarının (əsasən, alkilnaften və alkilaromatik), xüsusi təmizlənməsi nəticəsində alınan texniki məhsuldur.
Neft yağlarının təsnifatlandırılması onların kinematik özlülüyü (normativ-texniki sənədlərdə qeyd olunur) və istismar xassələri əsasında müəyyənləşdirilir.
Neft yağları öz alınma üsuluna görə distillat (neftin distilləşdirilməsi nəticəsində alınan), qalıq (qudronlardan arzuolunmaz komponentlərin çıxarılması ilə alınan) və kompaund (distillat və qalıq komponentlərin qarışdırılması nəticəsində alınan) yağlarına bölünür.
Tətbiq sahəsinə görə mineral yağlar sürtkü yağlarına, elektroizolyasiya yağlarına və konservasiya yağlarına bölünür. Mineral yağlar həmçinin kosmetoloji sənayedə də istifadə olunur.
Neft yağlarına lazımi xassələri vermək üçün onlara cox zaman aşqar əlavə edirlər. Neft yağlarının əsasında plastik və texnoloji sürtkülər, xüsusi mayelər, məsələn yağlayıcı-soyuducu, hidravlik mayelər və s. alınır.
Mineral yağların markaları.
Mineral yağların təyinatı və təmizlənmə üsulu onların markalaşdırılmasında qeyd olunur. Mineral yağlar xassəsinə, təmizlənmə üsuluna, təyinatına görə xüsusi hərflərlə markalanır:
- Xassələrinə görə
- Л – yüngül, aşağı özlülüklü
- C – orta, aşağı özlülüklü (bax Özlülük indeksi)
- T – ağır, yüksək özlülüklü
- У – yaxşılaşdırılmış
- Təmizlənmə üsuluna görə
- A – adsorbsiya üsulu
- B – qələvi ilə təmizlənmiş
- Г – hidrotəmizlənmə üsulu ilə təmizlənmiş
- K – turşu ilə təmizlənmiş
- C – selektiv həllediciləri istifadə etməklə təmizləmə
- П – aşqarlı yağlar ("легированные масла" rus.)
- Təyinatına görə
- Д – dizel yağı
- И – industrial yağ
- M – motor yağı
- Т – turbin, transfarmator, transmissiya yağları
- П – qurğu yağı
Mineral yağın markası 1–3 hərfdən və rəqəmdən ibarət olur.
- Birinci hərf yağın təyinatını göstərir.
- İkinci hərf (qeyd olunanda) yağın təmizlənmə üsulunu təyin edir.
- Üçüncü hərf (qeyd olunanda) yağda aşqarların mövcudluğunu göstərir.
- Rəqəm yağın özlülüyünü müəyyən edir.
Məsələn:
- TKп – Turşu ilə təmizlənmiş aşqarlı transformator yağı;
- И-12 –Kinematik özlülüyü 50 °С-də 12 mkm²/san. olan industrial yağ.
- ГОСТ 17479.0–85 Масла нефтяные. Классификация и обозначение. Общие требования.
- Воскресенский В. А., Дьяков В. И. Глава 2. Смазочные вещества и их физико-химические свойства // Расчет и проектирование опор скольжения (жидкостная смазка): Справочник. — М.: Машиностроение, 1980. — С. 14. — (Библиотека конструктора). — ISBN ББК 34.42, УДК 621.81.001.2 (031).
- Казакова Л. П., Крейн С. Э. Физико-химические основы производства нефтяных масел. — М., 1978.
- Масла нефтяные // Большая Советская энциклопедия (в 30 т.) / Гл. ред. А. М. Прохоров. — 3-е изд. — М.: "Советская Энциклопедия", 1974. — Т. XV. — С. 439–440. — 632 с.