Mingəçevir 1 nömrəli yaşayış yeri — Mingəçevir şəhərində Kür çayı vadisində Dəmir dövrünə aid abidə.
Abidənin ikinci təbəqəsindən 9 yaşayış binası və təsərrüfat xarakterli tikinti qalığı, dulus kürəsi aşkar olunmuşdur. Evlər dördkünc və ya oval formalı olub yarımqazmalardır. Divarlar qamışdan hörülmüş və gillə suvanmışdır. Otaqların içərisində xüsusi çökəklikdə ocaqlar düzəldilmişdir. Yalnız bir otaqda daşdan düzəldilmiş düzbucaqli ocaq vardır. Burdan həmçinin təsərrüfat quyuları da tapılmışdır.