Mingəçevir Turizm Kolleci

Mingəçevir Turizm Kolleci (tam adı: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci) — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş orta-ixtisas təhsili müəssisəsi[1]

Mingəçevir Turizm Kolleci
Əsası qoyulub 13 fevral 2006
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Kamal Əhmədov
Şəhər Mingəçevir
Ünvan Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 12

Tarixi[redaktə | mənbəni redaktə et]

13 fevral 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır[1].

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır:[2]

  • Muzey işi və abidələrin qorunması;
  • Mühasibat uçotu;
  • Nəqliyyatın logistikası;
  • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi;
  • Turizm işinin təşkili;
  • Turizm Bələdçiliyi;
  • İaşə müəssisələrinin servisi;
  • Rekreasiya, idman və sağlamlıq turizmi;
  • Aqroturizm;
  • Maliyyə işi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • mtk.az — Mingəçevir Turizm Kollecinin rəsmi saytı